Nazim Süleymanovun qovduğu futbolçu yenidən millidə

Nazim Süleymanovun qovduğu futbolçu yenidən millidə
Nazim Süleymanovun 19 yaşadək futbolçulardan ibarət milli komandanın heyətində kənarlaşdırdığı Elnur Cəfərov yenidən yığmaya çağırılıb. Fanat.az-ın əldə etdiyi məlumata görə, gənc oyunçu bu dəfə 21 yaşadək futbolçulardan ibarət millimizə dəvət alıb.
Nazim Süleymanov Türkiyə ilə oyundan sonra iki futbolçunu - Mahir Mədətovla Elnur Cəfərovu millidən kənarlaşdırmışdı. Hər iki futbolçunun gedişinə intizamsızılıq səbəb olmuşdu. Elnur Türkiyə ilə oyunda qırmızı vərəqə almışdı. Bu dəfə isə o, U-21-in baş məşqçisi Yaşar Vahabzadənin etimadını qazanıb.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər