Qazaxıstanın ilk prezidenti Nursultan Nazarbayevin nəvəsi Aysultan Nazarbayev vəfat edib.
Fanat.Az xəbər verir ki, Qazaxıstan Senatının eks-spikeri Dariqa Nazarbayevanın oğlu olan Aysultan 30 yaşında dünyasını dəyişib.
"Aysultan Nazarbayev bu gecə Londonda dünyasını dəyişib. Ölüm səbəbi araşdırılır. İlkin məlumata görə, onun ölümünə səbəb ürək tutması olub. Digər detallar barədə hələ məlumat yoxdur”, deyə məlumatda qeyd olunub.
Qeyd edək ki, Aysultan bir neçə ay əvvəl İngiltərədə özünü "Aysultan Rahat" kimi təqdim edərək siyasi sığınacaq istəmişdi. O, ailəsi tərəfindən təzyiqlərə məruz qaldığını bildirmişdi.
Xatırladaq ki, Aysultan daha əvvəl futbolçu olub. O, müxtəlif vaxtlarda - atası Avstriyada səfir olanda "Admir Vakker" klubunda (2006-cı ildə), sonralar "Çelsi"nin akademiyasında, "Portmunt"un yeniyetmələr komandasında, "Astana"nın əvəzedici həyətində (2011-ci ildə) çıxış edib.
2017-ci ilin fevralından oktyabrınadək Qazaxıstan Futbol Federasiyasının beynəlxaq əlaqələr üzrə vitse-prezidenti olub.
Fanat.Az