Naqelsman "Layptsiq"in futbolçusunu "Bayern"ə aparır

Naqelsman "Layptsiq"in futbolçusunu "Bayern"ə aparır

"Bayern Münhen" "Layptsiq"in yarımmüdafiəçisi Kristofer Nkunkunu heyətinə qatmaqda maraqlıdır.

Fanat.Az xəbər verir ki, informasiyanı jurnalist Pedro Almeyda şəxsi "Twitter" hesabı üzərindən paylaşıb.

Mənbə Münhen təmsilçisinin baş məşqçisi Yulian Naqelsmanın rəhbərlikdən 24 yaşlı fransalının transfer edilməsini istədiyini açıqlayıb. "Layptsiq"i çalışdırdığı dönəmdə (2019-2021) Kristoferi yaxından tanıyan mütəxəssisin bu futbolçunun transferini prioritet hədəf saydığı vurğulanıb.

Nkunku "Layptsiq"ə 2019-cu ildə, 13 milyon avro qarşılığında  PSJ-dən transfer olunub. O, bu mövsüm bütün turnirlərdə 44 matça çıxaraq 31 qol və 20 məhsuldar ötürmə ilə yadda qalıb.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər