MY Ronaldunun əvəzinə bu futbolçunu alacaq

MY Ronaldunun əvəzinə bu futbolçunu alacaq

"Mançester Yunayted" rəhbərliyinin komandadan ayrılacağı gözlənilən portuqaliyalı ulduzun - Kriştianu Ronaldunun yerinə transfer etmək istədiyi futbolçunun adı açıqlanıb.

Fanat.Az "Media Foot"a istinadən xəbər verir ki, bu, "Olimpik Lion"un hücumçusu Mussa Dembeledir.

Mənbə "qırmızı şeytanlar"ın Mussa ilə maraqlandığını və hadisələrin sonrakı inkişafına uyğun addım atacağını vurğulayıb.

Qeyd edək ki, MY-nin baş məşqçisi Erik ten Haq Ronaldunun bu yay satılmayacağını desə də, 37 yaşlı forvard hazırda vətənindədir və komandasının məşqlərinə qatılmır.

Nihat 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər