MY-nin sabiq futbolçusu həbs olundu - SƏBƏB

MY-nin sabiq futbolçusu həbs olundu - SƏBƏB

"Mançester Yunayted”in keçmiş oyunçusu və klubun futbol akademiyasının direktoru Niki Batt həbs edilib.

 

Fanat.Az-ın məlumatına görə, o, həyat yoldaşını döydüyü üçün polis tərəfindən nəzarətə götürülüb.

 

İngiltərə mətbuatı xəbər verir ki, hadisə çərşənbə axşamı baş verib. Xanımın qolunda iflic olsa da, həkim köməyinə ehtiyac olmayıb. Batt özü isə hazırda istintaq üçün hüquq-mühafizə orqanlarının nəzarətindədi.

Cütlük 2008-ci ildən evlidi və iki övladları var.

Qeyd edək ki, 1993-2004-cü illərdə "MY”də çıxış etmiş Niki Batt 6 dəfə İngiltərə çempionu, bir dəfə ÇL-nin qalibi olub.

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər