Ötən gün İngiltərə FA Kubokunun yarımfinal mərhələsi çərçivəsində "Mançester Yunayted" və "Çelsi" arasında oynanılan matçda (1:3) "qırmızı şeytanlar"ın müdafiəçisi Erik Bayi sıradan çıxıb.
Fanat.Az MY-nin saytına istinadən xəbər verir ki, komanda yoldaşı Harri Maquqayrla toqquşan Bayi xəstəxanaya aparılıb.
İlk hissənin sonlarında 26 yaşlı futbolçu və komanda yoldaşı Harri Maquayr oyun epizodunda kəllə-kəlləyə gəliblər. Klub həkimləri meydanda lazımi prosedurları yerinə yetiriblər. Oksigen maskası taxılan Bayi daha sonra xəstəxanaya yerləşdirilib.
Fanat.Az