MY-nin futbolçusu "Bayer"də - RƏSMİ

MY-nin futbolçusu "Bayer"də - RƏSMİ
Almaniyanın "Bayer” klubu heyətini yeni futbolçu ilə gücləndirib.
 
Fanat.Az xəbər verir ki, Bundesliqa təmsilçisi İngiltərənin "Mançester Yunayted” klubunun müdafiəçisi Timoti Fosu-Mensanı transfer edib.
 
Bu barədə Almaniya klubunun mətbuat xidməti məlumat yayıb. Niderlandlı futbolçu yeni klubu ilə 3.5 illik müqavilə imzalayıb.
 
Qeyd edək ki, 2014-cü ildən "Mançester Yunayted"in formasını geyinən Timoti Fosu-Mensa bu mövsüm "qırmızı şeytanlar"ın heyətində cəmi 1 oyun keçirib.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər