MY-nin 60 milyona aldığı futbolçu uzun müddətə sıradan çıxdı

MY-nin 60 milyona aldığı futbolçu uzun müddətə sıradan çıxdı

"Mançester Yunayted"in ötən ay transfer etdiyi 18 yaşlı müdafiəçi Leni Yoro uzun müddətə sıradan çıxıb.

Fanat.Az "qırmızı şeytanlar"ın mətbuat xidmətinə istinadən xəbər verir ki, "Arsenal"la Los-Ancelesdə keçirilən yoxlama oyununda dabanından zədə alan gənc oyunçu əməliyyat edilib.

Onun təxminən 3 ay yaşıl meydanlardan kənarda qalacağı bildirilib.

Xatırladaq ki, Yoro Fransanın "Lill" klubundan alınıb. Bu keçid İngiltərə nəhənginə 60 milyon avroya başa gəlib.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər