MY-nin 2 futbolçusu Ronaldunun komandasına keçə bilər

MY-nin 2 futbolçusu Ronaldunun komandasına keçə bilər

Səudiyyə Ərəbistanı təmsilçisi "Əl-Nəsr" "Mançester Yunayted"in iki futbolçusunu heyətinə qatmaq istəyir.

Fanat.Az xəbər verir ki, informasiyanı "Daily Mail" yayıb.

Xəbərə görə, sözügedən klub Kazemiro və Aaaron Van-Bissakanın xidmətində maraqlıdır. Mənbə ərəblərin Kazemiro üçün cəlbedici təklif hazırladığını da vurğulayıb.

Bu mövsüm MY forması ilə bütün turnirlərdə 17 matça çıxan Van-Bissaka 2 məhsuldar ötürmə ilə yadda qalıb. 

Kazemiro isə cari "futbol ili"ndə İngiltərə Premyer Liqasında  8 oyunda 1, Çempionlar Liqasında 2 matçda  2, İngiltərə Liqa Kubokunda 2 görüşdə 1 qol vurub.

Xatırladaq ki, 2022-ci ilin dekabrında Mançester təmsilçisindən ayrılan Kriştianu Ronaldu ötən ilin yanvarından "Əl-Nəsr"in uğurları üçün çalışır.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər