“Mançester Yunayted”də daha bir futbolçu ilə baş məşqçi Erik ten Haq arasında münaqişə yaranıb.
Fanat.Az xəbər verir ki, söhbət müdafiəçi Rafael Varandan gedir.
Bu barədə İngiltərənin "Daily Mail" nəşri məlumat yayıb.
Mənbənin məlumatına görə, futbolçu ilə məşqçinin münasibətləri demək olar, tam korlanıb. Səbəb isə Varanenin məşqçinin heyət seçiminə etiraz etməsi göstərilir. Belə ki, futbolçu ten Haqa niyə daha yaşlı Conni Evans və Viktor Lindelofa üstünlük verdiyini anlamadığını deyib.
Münaqişə səbəbindən fransız futbolçu tezliklə "Mançester Yunayted"i tərk edə bilər. "Bayern Münhen" onunla maraqlanır. Lakin mümkün transfer Varanın yüksək maaşına görə dalana dirənib.
Varan bu mövsüm Premyer Liqada 8 matça çıxaraq 1 qol vurub.
Mirağa