"Mançester Yunayted" Dortmund "Borussiya"sının vinqeri Ceydon Sançoya görə yüksək məbləğ ödəmək niyyətində deyil.
Fanat.Az "Sky Sports"a istinadən xəbər verir ki, MY Sanço qarşılığında 50 milyon funtdan artıq ödəniş etməyəcək. "Qırmızı şeytanlar" "Borussiya"sının koronavirusla əlaqədar ortaya çıxan maliyyə böhranını nəzərə alaraq qiymətdə endirim edəcəyinə ümid edir.
Dortmund klubu 20 yaşlı futbolçunu 120 milyon avroya satmağı planlaşdırır. Son məlumatlara görə, "Borussiya" Sançonun məvacibini 6 milyon avrodan 10 milyona qaldırmağa hazırdı.
2019-20 mövsümündə Bundesliqada 32 matçda meydana çıxan ingilis oyunçunun aktivində 17 qol, 16 məhsuldar ötürmə var.
Fanat.Az