MY 18 yaşlı futbolçuya görə 60 milyon ödəyəcəkmi?

MY 18 yaşlı futbolçuya görə 60 milyon ödəyəcəkmi?

"Benfika"nın yarımmüdafiəçisi Joau Neveş karyerasını İngiltərədə davam etdirə bilər.

Fanat.Az xəbər verir ki, informasiyanı tanınmış insayder Canluka Di Martsionun saytı yayıb.

Xəbərə görə, 18 yaşlı futbolçu ilə "Mançester Yunayted" maraqlanır. Mənbə Neveşin müqaviləsindəki təzminat məbləğinin 60 milyon avro olduğunu və MY-nin bu pulu ödəyəcəyi halda, oyunçunun özü ilə danışıqlara başlayacağını diqqətə çatdırıb.

Qeyd edək ki, 2022/2023 mövsümündə Portuqaliya çempionatında 17 matça çıxan Neveş məhsuldar göstəricilərlə yadda qalmayıb. O, geridə qalan "futbol ili"ndə "qartallar"la çempionluq sevinci yaşayıb.

Nihat  

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər