İngiltərədə bütün turnirlər nəzərə alınmaqla mövsümün ən yaxşı futbolçusunun adı açıqlanıb.
Fanat.Az xəbər verir ki, bu barədə İngiltərə Peşəkar Futbolçular Birliyinin (PFA) rəsmi saytı məlumat yayıb.
Xəbərə görə, bu ada "Mançester Siti”nin yarımmüdafiəçisi Kevin de Bruyne layiq görülüb. Belçikalı yarımmüdafiəçi ardıcıl 2-ci dəfə İngiltərədə ilin ən yaxşı futbolçusu mükafatını qazanıb.
Qeyd edək ki, De Bruyne ötən mövsüm "Mançester Siti” ilə bütün turnirlər daxil olmaqla 40 oyunda 10 qol vurub, 18 məhsuldar ötürmə edib.
Fanat.Az