Müsəlman futbolçu vergidən yayınmaqdan imtina etdi

Müsəlman futbolçu vergidən yayınmaqdan imtina etdi
Yayımladığı gizli sənədlərlə dünya futbolunu silkələyən "Football Leaks" daha bir şok məlumat yayımlayıb.
Fanat.Az xəbər verir ki, növbəti xəbər "Çelsi"nin futbolçusu Nqolo Kante barədə olub. 
"Football Leaks"in sənədlərini analiz edən "Mediapart"ın məlumatına görə, "Çelsi" 2016-cı ildə "Lester"dən transfer etdiyi futbolçunun maşını həmin vaxt Cersidə offşor hesaba ödəmək təklif olunub. Amma müsəlman futbolçu klubun israrına baxmayaraq bu təklifi qəbul etməyib.
Qeyd edək ki, "Lester" 2016-cı ildə Fransa millisinin Mali əsilli üzvünü "Çelsi"yə 35,8 milyon avroya satıb. 
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər