Musa Qurbanlı İsveç çempionatının ən dəyərli futbolçuları sırasında

Musa Qurbanlı İsveç çempionatının ən dəyərli futbolçuları sırasında

Azərbaycanlı hücumçu Musa Qurbanlı İsveç çempionatının ən dəyərli futbolçuları sırasındadır.

Fanat.Az Beynəlxalq İdman Araşdırmaları Mərkəzinə (CİES) istinadən xəbər verir ki, “Yurqorden”in oyunçusu İsveç Allsvenskanında çıxış edən ən bahalı 9-cu futbolçudur.

21 yaşlı forvardın transfer qiyməti 3,4 milyon avroya bərabərdir. İsveç çempionatının ən dəyərlisi isə 7,9 milyon avro ilə “Malmö”nün yarımmüdafiəçisi Sebastian Nanasidir.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər