Joze Muorinyo futbola dönür. Fanat.az xəbər verir ki, dekabrda "Çelsi"dən ayrılan portuqaliyalı mütəxəssis yenə İngiltərədə çalışacaq.
Belə ki, "Mançester Yunayted" onunla danışıqlara başlayıb. Məlumata görə, Luis van Qaalın işindən narazı olan klub rəhbərliyi yayda holland mütəxəssisi yola salacaq. Onun yerini isə Mourinyo tutacaq.
Artıq "Mançester Yunayted" rəhbərliyi Mourinyonun meneceri ilə danışıqlara start verib. Tərəflər müqavilənin detallarını müzakirə edir.
Fanat.az