Müllerdən möhtəşəm nəticə - Bunu futbol tarixində cəmi 3 futbolçu bacarıb

Müllerdən möhtəşəm nəticə - Bunu futbol tarixində cəmi 3 futbolçu bacarıb

"Bayern Münhen"in futbolçusu Tomas Müller Çempionlar Liqasının bütün zamanlarının rekorduna yaxınlaşır.

Fanat.Az xəbər verir ki, 34 yaşlı hücumçu Danimarka "Kopenhagen"i ilə səfər matçının 77-ci dəqiqəsində əvəzedici heyətə daxil olub, 6 dəqiqə sonra isə qələbə qolunu vuran Mathis Telə assistentlik edib. Qarşılaşma 2:1 hesabı ilə münhenlilərin xeyrinə başa çatıb. 

"Opta"nın hesablamasına görə, bu, Müllerin Çempionlar Liqasında 101-ci  qalibiyyəti olub. O, "Real Madrid"in küçmiş  qapıçısı İker Kasilyasla birlikdə tarixdə ikincidir. Rekordçu “Sportinq”, “Mançester Yunayted”, “Real Madrid” və “Yuventus”da çıxış etmiş Kriştianu Ronaldudur (115). “Bayern Münhen” iki turdan sonra altı xalla A qrupuna liderlik edir.

Mirağa 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər