MS Holandın "Real"a gedəcəyi ilə barışıb? - Bu futbolçu ilə danışıqlar başladı

MS Holandın "Real"a gedəcəyi ilə barışıb? - Bu futbolçu ilə danışıqlar başladı

“Mançester Siti”də norveçli ulduz hücumçu Erlinq Holandın gələcəyi ilə bağlı heç bir əminlik yoxdur. 

Fanat.Az xəbər verir ki, bu iddianı "Tribal Football" yayıb. 

Mənbənin məlumatına görə, 22 yaşlı skandinaviyalının "Real Madrid"ə mümkün gedişi ndən ehtiyatlanan "şəhərlilər" artıq ona əvəzləyici də tapıb. MS-nin “Napoli”nin hücumçusu Viktor Osimhenin transferi üçün ilkin danışıqlara başladığı bildirilir. İngiltərə klubu nigeriyalının hücumun önündə Erlinqi layiqincə əvəz edə biləcəyinə inanır.

Holand bu mövsüm Premyer Liqada 26 oyunda 28 qol vurub. Çempionlar Liqasında isə onun hesabında 10 qol var.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər