"Futbolçular Mourinyunun qovulmasını bayram edib"

"Futbolçular Mourinyunun qovulmasını bayram edib"
Tanınmış jurnalist Maykl Bric Joze Mourinyunun "Tottenhem"dən qovulması barədə maraqlı fakt açıqlayıb.
Fanat.Az xəbər verir ki, o, "Sky Sports"un efirində belə danışıb:
"Açığı, qərarın mövsüm başa çatmamış verilməsinə təəccübləndim. Onun gedişindən sonra oyun planında xüsusi dəyişiklik sezilmir. Komanda eyni tərzdə oynayır. "Tottenhem"in bir neçə futbolçusunun Mourinyonun qovulmasını bayram etməsi ilə bağlı informasiyalarım var. Bəli, portuqaliyalının işindən uzaqlaşdırılmasını xüsusi qarşılayıblar. Bu, trenajor zalında olub".
 
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər