Mourinyudan futbolçusuna maraqlı jest: Bahalı ayaqqabı və iki qol...

Mourinyudan futbolçusuna maraqlı jest: Bahalı ayaqqabı və iki qol...

"Roma" A Seriyasının son turunda "Cenoa" ilə qarşılaşıb və 2:0 hesabı ilə qalib gəlib.

Fanat.Az xəbər verir ki, paytaxt klubunun hər iki qolunu qanalı Feliks Afena-Qyan vurub.

Sən demə, komandanın baş məşqçisi Joze Mourinyu 18 yaşlı gənc oyunçuya qol vuracağı halda bahalı ayaqqabı alacağını deyib:

"Oyundan əvvəl mən ona 800 avroya çox bahalı bir cüt ayaqqabı vəd etdim. Meydana buraxarkən isə o, unutmadığımdan əmin olmaq üçün yanıma gəldi", - Mourinyo DAZN telekanalına belə deyib.

74-cü dəqiqədə əvəzetmədən oyuna qoşulan Afena-Qyan 82-ci və 90+4-cü dəqiqələrdə fərqlənərək dubl edib və komandasına təkbaşına 3 xal qazandırıb.

Mourinyu vədini yerinə yetirərək gənc oyunçuya ayaqqabı alıb və təqdim edib:  

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər