"Mourinyu futbol tarixinin ən yaxşı məşqçisidi"

"Mourinyu futbol tarixinin ən yaxşı məşqçisidi"
"Real"ın və "Tottenhem"in keçmiş hücumçusu Emmanuel Adebayor Joze Mourinyu haqqında fikirlərini bölüşüb.
Fanat.Az AS nəşrinə istinadən xəbər verir ki, Adebayor portuqaliyalı mütəxəssisi futbol tarixinin ən yaxşı məşqçisi adlandırıb:
"Mourinyunu sevirəm. Bizim əlaqələrimiz əla idi. Məni "Real"a aparan o idi. 
Onunla birlikdə Madriddə bir titul (2011-ci il, İspaniya Kuboku - Fanat.Az) qazanmışıq. İndi isə "Tottenhem"i çalışdırır. Ona uğurlar arzu edirəm. Mourinyu futbol tarixinin ən yaxşı məşqçisidi".
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər