Joze Mourinyonun qızı özündən 11 yaş böyük futbolçuya vurulub. Fanat.az xəbər verir ki, 19 yaşlı Matilde 30 yaşlı Danni Qrahamla görüşməyə başlayıb.
Cütlüyə yaxın mənbələr bildirir ki, onlar bir müddətdi sevgilidilər. Hətta Matilde sevgilisini ailəsi ilə tanış etmək üçün Portuqaliyaya da aparıb.
Birlikdə Lissabona gedən Matilde və Dani Portuqaliyada bir çox yeri gəzib. Xanım Mourinyo hətta sevgilisini nənəsi və babası ilə tanış etmək üçün Setubala da aparıb.
"The Sun"un xəbərinə görə, Joze Mourinyo qızının Qrahamla görüşməsinə razı deyil. Bunun səbəbi isə onun qızından 11 yaş böyük olmasıdı.
Qeyd edək ki, müqavilə ilə "Sanderlend"də məxsuss olan Qraham icarə əsasında "Blekbern"də çıxış edir.







Fanat.az