"Roma" yay transfer dönəmində futbolçusu Henrix Mxitaryanla yollarını ayıra bilər.
Fanat.Az yerli mətbuata istinadən xəbər verir ki, səbəb paytaxt təmsilçisinin baş məşqçi postuna Joze Mourinyonun gətirilməsidi. Portuqaliyalı mütəxəssisin 32 yaşlı erməni yarımmüdafiəçi ilə münasibətləri qaydasında deyil.
Qeyd edək ki, Henrix Mxitaryanın klubla müqaviləsi yayda başa çatacaq. "Roma" onunla yeni sözləşməni yeniləmək niyyətində deyil.
Henrix Mxitaryan "Roma"ya 2020-ci ildə "Arsenal"dan keçib. Erməni futbolçu bu mövsüm oynadığı 42 oyunda 11 qol vurub və 11 məhsuldar ötürmə edib.