Mourinyo 91 milyonluq futbolçuları göndərir - ŞOK QƏRAR

Mourinyo 91 milyonluq futbolçuları göndərir - ŞOK QƏRAR
Joze Mourinyo "Mançester Yunayted"in heyətində islahatlara başlayır. Fanat.az xəbər verir ki, portuqaliyalı mütəxəssis 4 ulduz futbolçunun göndərilməsinə qərar verib.
Məlumata görə, Mourinyo Bastian Şvaynşteyger, Xuan Mata, Daley Blind və Markos Rojonu komandasında görmək istəmir.
Qeyd edək ki, "Mançester Yunayted" Matanı "Çelsi"dən 44.73, Rojonu "Sportinq"dən 20, Blindi "Ayaks"dan 17.5, Şvaynşteygeri "Barvariya"dan 9 milyon avroya almışdı. İndi isə Mourinyo transferlərinə 91 milyon 230 min avro xərclənmiş futbolçuları göndərmək qərarına gəlib.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər