"Mançester Yunayted" 3 dünya səviyyəli ulduzu heyətinə qatmaq istəyir.
Fanat.Az xəbər verir ki, klub rəhbərliyi artıq baş məşqçi Joze Mourinyonun istədiyi futbolçular üçün transfer büdcəsi müəyyənləşdirib.
İddialara görə, "Monako"nun ulduzu Kylian Mbappe üçün 70 milyon avro təklif etməyə hazırlaşır.
Mourinyo onunla yanaşı, "Atletiko"dan Antoine Qrizmann və "Everton"dan Romelu Lukakunun alınmasını istəyib. "Mançester Yunayted"in bu transferlər üçün 175 milyon avro büdcə ayırdığı deyilir.
Fanat.Az