"Mançester Yunayted"in baş məşqçisi Joze Mourinyo bir müddətdi münasibətləri pis olan Paul Poqba ilə bağlı qərarını verib.
Fanat.Az xəbər verir ki, portuqaliyalı mütəxəssis fransalı futbolçunun satılmasını istəyib. Bu barədə "Daily Mirror" məlumat yayıb.
Qeyd edək ki, "Mançester Yunayted" Poqbanı "Yuventus"dan 105 milyon avroya transfer edib. cari mövsümdə 27 rəsmi oyuna çıxan Poqba 3 qol vurub və 10 məhsuldar ötürmə edib.
Fanat.Az