Moskva klubunun 22 yaşlı futbolçusu məşqdə öldü

Moskva klubunun 22 yaşlı futbolçusu məşqdə öldü
Rusiya "Lokomotiv”inin yetirməsi İnnokenti Samoxvalov dünyasını dəyişib.
 
Fanat.Az xəbər verir ki, məlumatı Moskva klubunun saytı yayıb. 22 yaşlı müdafiəçi bu gün fərdi məşq zamanı ölüb. Onun ölümünün səbəbləri indilik bilinmir. Olayın təfərrüatları araşdırılır.
 
Rusiya mətbuatında isə futbolçunun ürəyində problem olduğu yazılıb.
 
Qeyd edək ki, Samoxvalov bu mövsümün əvvəlindən "Lokomotiv"in farm-klubu olan "Kazanka"da oynayırdı.
 
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər