Moskva "Spartak"ının oyunçusu Kvinsi Promes Antverpen limanına iki narkotik yükünün idxalında iştirak etdiyinə görə 6 il müddətinə azadlıqdan məhrum edilib.
Fanat.Az xəbər verir ki, bu barədə "Het Parool" məlumat yayıb.
Mənbənin məlumatına görə, qərarı Amsterdam məhkəməsi verib.
Fevralın 14-də baş tutan məhkəmə futbolçunu 1362 kiloqram kokain qaçaqmalçılığında təqsirli bilib. Ədliyyə Departamentinin məlumatına görə, Promes böyük cinayətkarlar şəbəkəsinin üzvü, hətta lideri olub.
Polis və istintaq orqanları Promesin yazışmalarına giriş əldə ediblər. Məlum olub ki, o, 2020-ci ilin yanvar ayında müəyyən şəxslərə 650, növbəti partiyada isə 712 kiloqram kokain götürməyi tapşırıb. Gömrük polisi iki yükdən birinə müdaxilə edib. Narkotiklər Braziliyadan gətirilərək dəniz duzu olan kisələrdə gizlədilib.
Qeyd edək ki, yayda Rusiyada təlim-məşq toplanışında olan “Neftçi”nin moskvalılara uduzduqları (0:2) yoldaşlıq görüşündə qollardan birini məhz Kvinsi Promes vurub.
Mirağa