Moldovada futbol çempionatı dayandırıldı

Moldovada futbol çempionatı dayandırıldı
Moldova Futbol Federasiyası koronavirus pandemiyası səbəbindən ölkə çempionatının müvəqqəti dayandırılmasına qərar verib.
 
Fanat.az xəbər verir ki, bu barədə qurumun rəsmi saytı məlumat yayıb.
 
Xəbərə görə, Milli Divizionda sentyabrın 11-dək məcburi fasilə elan olunub.
Bir neçə klubun müraciətini nəzərə alan federasiyanın Fövqəladə Komitəsi çempionatın IX və X turlarını təxirə salıb.
Komitə avrokuboklarda iştirak edəcək "Şerif", "Sfintul George", "Petrokub" və "Dinamo-Avto" komandalarına beynəlxalq oyunlaradək karantin rejimində hazırlaşmağı tövsiyə edib.
Federasiya idman bazası olmayan avrokubok iştirakçılarının milli komandaların bazasından pulsuz istifadə etməsinə icazə verəcək.
Qeyd edək ki, "Qarabağ" UEFA Çempionlar Liqasının I təsnifat mərhələsində Makedoniya "Sileks"ini keçəcəyi halda növbəti raundda "Şerif" - "Fola Eş" (Lüksemburq) cütünün qalibi ilə qarşılaşacaq. 
 
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər