"Modriç daha üç il elit səviyyədə futbol oynaya bilər"

"Modriç daha üç il elit səviyyədə futbol oynaya bilər"

"Sevilya"nın yarımmüdafiəçisi İvan Rakitiç "Real Madrid"in şərəfini qoruyan həmyerlisi Luka Modriç haqda fikirlərini bölüşüb.

Fanat.Az AS-a istinadən xəbər verir ki, Rakitiç 37 yaşlı Modriçin ən azı daha 3 il ən yüksək səviyyədə çıxış etməyə qadir olduğunu deyib: 

“O, Xorvatiya futbolunun güzgüsüdür, biz hamımız onun gördüyü işlərə baxıb motivasiya tapırıq. Ümid edirəm ki, o və "Real" birlikdə davam etməyə qərar verəcəklər. Belədə biz onun İspaniyada, elit səviyyədə futbolundan həzz ala bilərik. Modriç azı üç il də bu səviyyədə çıxış edə bilər”.

Luka Modriçin "Real Madrid"lə hazırkı müqaviləsinin müddəti bu ilin yayına qədərdir. Yarımmüdafiəçi bu mövsüm 39 oyuna çıxıb, 6 qol vurub və 6 məhsuldar ötürmə edib.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər