Misir millisinin futbolçusu ağır zədə aldı

Misir millisinin futbolçusu ağır zədə aldı

Misir millisinin 25 yaşlı futbolçusu İmam Aşur başından ağır xəsarət alıb.

Fanat.Az xəbər verir ki, məlumatı Misir Futbol Assosiasiyasının mətbuat xidməti yayıb.

Məşqdə zədələnən və dərhal xəstəxanaya çatdırılan yarımmüdafiəçinin beyin sarsıntısı keçirdiyi müəyyənləşib. Hazırda onun vəziyyətinin sabit olduğu vurğulanıb. Ölkəsinin "Əl-Əhli" klubunun formasını geyinən futbolçunun 24 saat həkimlərin nəzarətində qalacağı bildirilib.

Aşur böyük ehtimalla yanvarın 28-də Konqo Demokratik Respublikasının komandası ilə Afrika Millətlər Kubokunun 1/8 final oyununu buraxacaq.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər