Minayə Əkbərova Qazaxıstanda beynəlxalq turnirdə qızıl medal qazanıb

Minayə Əkbərova Qazaxıstanda beynəlxalq turnirdə qızıl medal qazanıb

Qazaxıstanın Astana şəhərində keçirilən "Kazakhstan Open" beynəlxalq turnirində Azərbaycan taekvondo millisinin üzvü Minayə Əkbərova (46 kq) uğurla çıxış edərək qızıl medal qazanıb.

Fanat.Az xəbər verir ki, bu barədə Azərbaycan Taekvondo Federasiyası məlumat yayıb.

Qeyd edək ki, Azərbaycanın taekvondo üzrə gənclər və böyüklərdən ibarət milli komandaları Qazaxıstanın Astana şəhərində keçirilən "Altay" çempionatına (22-23 iyun) və "Kazakhstan Open" (25-27 iyun) beynəlxalq turnirinə Taekvondo Federasiyasının vitse-prezidenti Niyaməddin Paşayev, böyüklərdən ibarət millinin baş məşqçisi Məmməd Abdullayev, məşqçilər Elnur Amanov və Ayxan Tağızadənin rəhbərliyi altında yollanıb.

Daha əvvəl "Altay" çempionatında taekvondo üzrə böyüklərdən ibarət milli komandasının üzvləri - Cavad Ağayev (80 kq) gümüş, Elcan Əliyev (80 kq) və Minayə Əkbərova (46 kq) isə bürünc medal sahibi olublar.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər