Milyard dollarlıq çempionatda futbolçu meydana yamaqlı formada çıxdı

Milyard dollarlıq çempionatda futbolçu meydana yamaqlı formada çıxdı
Çin çempionatının oyununda tamaşaçılar maraqlı mənzərəyə şahidlik edib. Fanat.Az xəbər verir ki, milyardlarla dolların dövr etdiyi çempionat futbolçu əyninə geyinməyə forma tapmayıb.
Belə ki, "Tianjin Quanjian" - "Quanqzu Everqrande" matçında qonaqların mərkəz müdafiəçisi Zanq Linpenqin burnu qanayıb. Futbolçunun forması qana bulanıb və hakim ondan geyimini dəyişməyi tələb edib. Ancaq həmin vaxt klubun texniki işçiləriin əlində başqa 5 nömrəli forma olmayıb. 
Vəziyyətdən çıxmaq istəyən klub əməkdaşları 15 nömrəli formanın üzərindəki 1 rəqəmini yapışqanla qapadaraq Linpenqə geyindiriblər. Yamaqlı forma ilə meydana çıxan futbolçunun görüntüsü sosial mediada geniş yayılıb və klub əməkdaşları sərt şəkildə qınanılıb.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər