17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının iki mərhələli təlim-məşq toplanışı olacaq.
Fanat.Az xəbər verir ki, milli əvvəlcə iyunun 13-dən 14-dək Bakıda hazırlıq keçəcək.
Toplanışın ikinci mərhələsi iyunun 15-dən 20-dək Albaniyanın Dürres şəhərində baş tutacaq. U-17 hazırlıq zamanı Albaniyanın müvafiq yaş qrupundan ibarət komandası ilə 2 yoldaşlıq görüşünə çıxacaq. İlk matç iyunun 17-də, ikinci qarşılaşma isə 19-da reallaşacaq. “Egnatia Arena”da təşkil olunacaq hər iki oyun Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.
Hazırlıq prosesinə dəvət olunmuş futbolçular:
1. Məhdi Həsənov - Neftçi 2. Rauf Əyyubov - Sabah 3. Həzrət Səmədov - Sabah 4. Fərid Cabbarlı - Zirə 5. Əlibəy Mahmudov - Sabah 6. Tuncay Əhmədov - Marset (İspaniya) 7. Nadir Nəsibli - Marset (İspaniya) 8. Səttar Tahirzadə - Marset (İspaniya) 9. Muhammad Çodarov - Marset (İspaniya) 10. Murad Qurbanov - Zirə 11. Sinan Mehdizadə - Marset (İspaniya) 12. Nihad İsaqov - Kəpəz 13. Əli Qazibəyov - Qarabağ 14. Emil Həsənov - Sumqayıt 15. Abdulaziz Cabbarlı - Qarabağ 16. İbrahim Babayev - Servette (İsveçrə) 17. İslam Həsənov - Srvena Zvezda (Serbiya) 18. İbrahim Xəlilov - Sabah 19. Ümid Səlimov - Sabah 20. Əli İbrahim - Qarabağ