Millinin sabiq kapitanı futboldan ömürlük uzaqlaşdırıldı - SƏBƏB

Millinin sabiq kapitanı futboldan ömürlük uzaqlaşdırıldı - SƏBƏB

Suriya Futbol Assosiasiyası (SFA) millinin sabiq kapitanı, "Əl-Caiş"in futbolçusu Əhməd Əl-Salihini hakimə hücum etdiyinə görə ömürlük futboldan uzaqlaşdırıb.

Fanat.Az BBC-yə istinadən xəbər verir ki, martın 3-də keçirilən görüşdə - "Əl-Vatb"la çempionat oyununda qırmızı alan Əl-Salih referini təpiklə vuraraq ona tüpürüb və söyüb.

Əhməd matç başa çatandan sonra da stadionun tunelində hakimin ünvanına təhqiramiz ifadələr səsləndirməyə davam edib.

SFA futboldan ömürlük uzaqlaşdırdığı oyunçuya pul cəzası da kəsib. 33 yaşlı Əl-Salihin bu qərardan şikayət etmək hüququ olmayacaq.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər