Millinin sabiq futbolçusu intihar etdi

Millinin sabiq futbolçusu intihar etdi
Slovakiya millisinin sabiq futbolçusu Yuray Halenar intihar edib.
Fanat.Az xəbər verir ki, ötən mövsüm Avstriyanın "Qaflenz" klubunda çıxış edən 35 yaşlı forvardın meyiti Vrakun meşə parkından tapılıb. 
Meyitin üzərində heç bir zorakılıq əlamətləri olmayıb. Faktla əlaqədar araşdırmalara başlanılıb. 
Qeyd edək ki, Yuray Halenar karyerası ərzində Slovakiyanın "İnter" (Bratislava), "Petrjalka", "Slovan" (Bratislava), "Siqma", "İskra" və "Qaflents", həmçinin Macarıstanın "Spartak" (Nyiredhaza) klublarında forma geyinib. O, 2002-ci il yeniyetmələr arasında Avropa çempionatının bürünc mükafatçısı olub, 2007-2008-ci illərdə əsas millidə çıxış edib.   
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər