Millinin keçmiş baş məşqçisi hansı vəzifəyə gedir? - Açıqlama

Millinin keçmiş baş məşqçisi hansı vəzifəyə gedir? - Açıqlama

Xəbər verdiyimiz kimi, Azərbaycanın qadınlardan ibarət taekvondo yığmasının baş məşqçisi Səbuhi Zülfüqarov postundan uzaqlaşdırılıb. Onun yerinə cənubi koreyalı qadın mütəxəssis Sun Mi Park təyin olunub.

Keçmiş çalışdırıcıya qarşıda yığmaların birində vəzifə veriləcəkmi?

Bu barədə Fanat.Az-a açıqlama verən 45 yaşlı mütəxəssis sözügedən məsələnin hələlik qeyri-müəyyən olduğunu bildirib:

"Federasiyadan bildiriblər ki, gözləyim. Hələlik heç nə yoxdur. Hazırda "Dinamo"da çalışıram".

Sahib

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər