Kolumbiya millisinin tanınmış futbolçusu Xames Rodriqes heyətdən kənarlaşdırılıb.
Fanat.Az xəbər verir ki, bu barədə ölkənin futbol federasiyasının rəsmi saytı məlumat yayıb.
Xəbərə görə, tibbi müayinədən keçən "Everton"lu futbolçunun fiziki formasının qənaətbəxş olmadığı aşkarlanıb. Bu səbəbdən yığmamın baş məşqçisi Reynaldo Rueda 29 yaşlı yarımmüdafiəçini heyətdən çıxarıb.
Qeyd edək ki, Xames Amerika kuboku oyunlarını və DÇ-2022-nin seçmə mərhələsində Peru və Argentina ilə görüşləri buraxacaq.
Fanat.Az