Millinin futbolçuları koronavirusa yoluxdu: Oyun keçirilməyək

Millinin futbolçuları koronavirusa yoluxdu: Oyun keçirilməyək
UEFA Millətlər Liqasının B liqasının II turunda keçirilməli olan Çexiya - Şotlandiya oyunu baş tutmayacaq.
 
Fanat.Az xəbər verir ki, bu barədə Çexiya Futbol Federasiyasının nümayəndəsi Mixal Yurman məlumat yayıb. 
 
O, jurnalistlərə açıqlamasında yığmanın heyətində koronavirusa 2 yoluxma halı qeydə alındığından komandanın sözügedən matçda iştirak etməməsinə qərar verildiyi deyib. 
Qeyd edək ki, görüş sentyabrın 7-də Olomuts şəhərində oynanılmalı idi. Çexiya ilk turda səfərdə Slovakiyanı 3:1 hesabı ilə məğlub edib.
 
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər