Millinin futbolçuları İspaniya polisi ilə əlbəyaxa oldular - VİDEO

Millinin futbolçuları İspaniya polisi ilə əlbəyaxa oldular - VİDEO

Mərakeşlə yoldaşlıq görüşü keçirmək üçün Madridə yollanan Peru millisinin futbolçuları ilə İspaniya polisi arasında qarşıdurma qeydə alınıb.

Fanat.Az ESPN-ə istinadən xəbər verir ki, insident cənubi amerikalıların qaldığı oteldə yaşanıb.

Belə ki, azarkeşlər milli üzvlərinə yaxınlaşmaq istəyərkən polis futbolçulardan birini itələyib. Həmin oyunçu isə asayiş keşikçisinə eyni hərəkətlə cavab verib. Nəticədə, digər futbolçular da polislərlə əlbəyaxa olublar.

 

Qeyd edək ki, bu gün oynanılacaq qarşılaşma Bakı vaxtı ilə saat 23:30-da başlayacaq.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər