Madaqaskar ordusunun əsgərləri Tanzaniya milli komandasının futbolçularının Antananarivo şəhərində yerləşdiyi otelə basqın ediblər.
Fanat.Az xəbər verir ki, bu barədə ölkənin futbol federasiyası “Twitter” səhifəsində məlumat yayıb.
Əsgərlər dünya çempionatının seçmə mərhələsi oyunu ərəfəsində silahlarla oyunçuların otaqlarının dəhlizində yerləşdiriliblər. Onlar basqının məqsədinin Tanzaniya milli komandasında koronavirusa yoluxan futbolçuların olması ilə əlaqələndiriblər.
Belçika mətbuatında yer alan xəbərə görə, virusa yoluxan və buna görə oteldə girov qalanlar arasında transfer haqqı "Fənərbaxça"ya məxsus olan "Antverp"li Mbvana Samatta da var. Onunla yanaşı Aişi Salum Manula və Bakari Mvamnetdə də virus aşkarlandığı iddia edilib. Samattanın hələ də Belçikaya qayıda bilmədiyi, 28 yaşlı futbolçunun geri dönməsi üçün koronovirus testindən keçməli olduğu bildirilib.
Qeyd edək ki, Tanzaniya - Madaqaskar matçı 1:1 hesabı ilə başa çatıb. Qonaqlardan Simon Msuva, ev sahiblərindən isə Hakim Abdulah qola imza atıb. 83-cü dəqiqədə matçın baş hakimi Madaqaskarın müdafiəçisi Paskal Razakananteyni meydandan qovub. Mirağa