Millinin baş məşqçisi: "Avropa klubları futbolçuları təhdid edir"

Millinin baş məşqçisi: "Avropa klubları futbolçuları təhdid edir"

Yanvarın 5-dən Kamerunda keçirilməsi planlaşdırılan Afrika Millətlər Kubokunun başlamasına sayılı günlər qalıb. 

Fanat.Az xəbər verir ki, yarışın startına az qaldığı bir ərəfədə Mərakeş yığmasının baş məşqçisi Vahid Həlilhodziç açıqlaması ilə gündəm yaradıb.  

Bosniyalı mütəxəssis Avropada çıxış edən oyunçuların klubları tərəfindən təhdid olunduğunu iddia edib:

"Bu, bir neçə ildir mövcud olan problemdir. Hər Millətlər Kuboku ərəfəsində Avropa komandaları afrikalı oyunçularını saxlamaq, yarışa buraxmamaq üçün əllərindən gələni edirlər. Bu il vəziyyət "COVİD-19" pandemiyası və yeni "Omicron" ştammının ortaya çıxması ilə daha da mürəkkəbləşib. Bəzi Avropa klubları özlərini bu riskdən uzaq tutmaq üçün futbolçularının milli komandalara qoşulmasının qarşısını almağa məcbur edirlər. Bu klublar hətta irəli gedərək oyunçuları hədələyirlər". 

Həlilhodçiç bu təhdidlərin nədən ibarət olduğunu da açıqlayıb və sərt mesaj göndərib: “Futbolçular milli komandaya gəlmək məcburiyyətindədirlər, lakin bütün klublar oyunçuların gəlməməsi üçün hər şeyi edir, bəziləri oyunçuları hədələyib yerlərini itirə biləcəklərini, transferə çıxarılacaqlarını deyiblər. Mənim mövqeyim belədir: əgər oyunçu millinin düşərgəsinə gəlmirsə, bu o deməkdir ki, onun ölkəsinə bağlılığı yetərincə deyil. Mən gəlməkdən imtina edən birini bundan sonra komandaya götürməkdən imtina edə bilərəm. Klublardan təhdid almasına rəğmən, düşərgəyə gəlməyən futbolçu milli ilə vidalaşa bilər”. Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər