Millimizlə oyunu buraxan futbolçu koronavirusu yendi

Millimizlə oyunu buraxan futbolçu koronavirusu yendi
Millətlər Liqasında Azərbaycan millisi ilə eyni qrupda yer alan Kipr yığmasının futbolçusu Aleks Qoqiç koronavirusa qalib gəlib. 
 
Fanat.Az xəbər verir ki, 26 yaşlı müdafiəçinin testinin cavabı neqativ çıxıb. 
 
Virusa yoluxduğu üçün bu ay Monteneqro (0:2) və Azərbaycanla (0:1) matçları buraxan Şotlandiyanın "Hibernian” klubunun futbolçusu oktyabrda Lüksemburq və Azərbaycan yığmalarına qarşı səfərdə keçiriləcək növbəti görüşlərdə iştirak edə biləcəyini açıqlayıb.
Qeyd edək ki, oktyabrın 10-da Lüksemburqun qonağı olacaq Kipr üç gün sonra Bakıda millimizlə qarşılaşacaq.
 
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər