Millisinin sabiq futbolçusu Murat Cem Akpınar karyerasının Türkiyənin səviyyəcə üçüncü liqasında çıxış edən "Kocaelispor" komandasında davam etdirəcək.
Fanat.Az xəbər verir ki, onun məxsus olduğu "Trabzonspor" klubu Akpınarı icarəyə verib.
21 yaşlı yarımmüdafiəçi ötən mövsümü də icarə əsasında həmin çempionatda çıxış edən "Hekimoğlu Trabzon"da keçirib.
Qeyd edək ki, Murat Cem Akpınar daha öncə Azərbaycan və Türkiyənin əsas yığmaları arasında seçim etmədiyini bildirib. Yarımmüdafiəçi Azərbaycanın U-17 yığmasında çıxış edib. Milliyə 2016-cı ildə Təbriz Həsənovun baş məşqçi olduğu vaxt dəvət alan futbolçu 13 oyuna 2 qol vurub.
"Trabzonspor”un aşağı yaş qruplarından ibarət komandasından yetişən futbolçu 2018/2019 mövsümündə Türkiyə Super Liqasında 6 oyuna 1 qolla yadda qalıb.
Fanat.Az