Millimizin futbolçusunun almacıq sümüyü sınıb - Klubdan açıqlama

Millimizin futbolçusunun almacıq sümüyü sınıb - Klubdan açıqlama

Azərbaycan Premyer Liqasının XVIII turunda "Keşlə" ilə matçda (1:0) zədələnən "Sabah"ın futbolçusu Elvin Camalovun durumuna aydınlıq gəlib. 

Paytaxt təmsilçisinin mətbuat katibi Elnur Həmidov Fanat.Az-a açıqlamasında bildirib: 

"Elvin Camalovun almacıq sümüyündə xətti sınıq aşkar olunub. İki həftə sonra fərdi məşqlərə başlaya biləcək".

Qeyd edək ki, görüşün 57-ci dəqiqəsində meydan sahiblərinin yarımmüdafiəçisi Sadio Tounkaranın ayağı Camalovun sifətinə dəyib. Oyunçu ilkin tibbi yardımdan sonra həkimlərin müşayiəti altında meydanı tərk edib. 

Matçdan sonra keçirilən mətbuat konfransında "Sabah"ın baş məşqçisi Murad Musayev milli futbolçumuzun beyninin silkələndiyini deyib.

Röya

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər