Millimizin futbolçusu yoxlama oyununa çıxdı

Millimizin futbolçusu yoxlama oyununa çıxdı
Millimizin futbolçusu Eddi İsrafilovun komandası "Albasete" yoxlama görüşündə qüvvəsini sınayıb. 
Fanat.Az xəbər verir ki, İspaniya təmsilçisi Sequndada çıxış edən "Kastelyon"la qarşılaşıb. 
Matç 1:1 hesabı ilə yekunlaşıb. 
Baş məşqçi Lukas Alkaras 28 yaşlı yarımmüdafiəçiyə start heyətdə şans verib. İsrafilovla birlikdə digər 10 oyunçu fasilədə əvəzlənib. 
Qeyd edək ki, Eddi İsrafilov Azərbaycan millisinin təlim-məşq toplanışında iştirak etmir. O, koronavirus səbəbindən İspaniyadakı vəziyyətin gərgin olduğunu bildirib və Bakıya gələ bilməyəcəyi üçün yığmanın baş məşqçi Canni De Byaziyə müraciət edib. 
Xatırladaq ki, Azərbaycan millisi sentyabrın 5-də Bakıda Lüksemburq, 3 gün sonra isə səfərdə Kiprlə qarşılaşacaq.
 
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər