Millimizin futbolçusu yol qəzasına düşdü - FOTOLAR

Millimizin futbolçusu yol qəzasına düşdü - FOTOLAR
Azərbaycan millisinin futbolçusu Dmitri Nazarovun çıxış etdiyi Almaniyanın "Ertsqebirqe" komandası yol-nəqliyyat qəzası ilə üzləşib.
Komandanı II Bundesliqanın XXVII tur matçı üçün "Nürnberq"lə səfər oyununa aparan avtobus yolda aşıb. Aue təmsilçisinin futbolçu və məşqçi heyətindən heç kim xəsarət almayıb. Nürnberqə yol mikroavtobusla davam etdirilib.
Qeyd edək ki, görüş 1:1 hesablı heç-heçə ilə yekunlaşıb. "Ertsqebirge"nin qolunu Dmitri Nazarov vurub.
Mənbə: Report.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər