Millimizin futbolçusu üçün yeni baş məşqçi

Millimizin futbolçusu üçün yeni baş məşqçi
Azərbaycan millisinin üzvü Riçard Almeydanın çıxış etdiyi Birləşmiş Ərəb Əmirliklərinin "Baniyas" klubu baş məşqçisini dəyişib.
Fanat.Az xəbər verir ki, bu barədə klubun rəsmi "Facebook" səhifəsi məlumat yayıb. Müqaviləsi başa çatan Vinfrid Şaferi rumıniyalı Daniel İsaila əvəzləyib. 
Qeyd edək ki, Vinfrid Şafer 2010-2011-ci illərdə "Bakı" klubunu çalışdırıb. Daniel İsailanın son iş yeri Səudiyyə Ərəbistanının "Əl-Hazem" klubu olub. 47 yaşlı rumın mütəxəssis əvvəllər vətənində "Sakele", "Braşov", "Sportul", "Tarqu Mureş", "Astra" klublarına başçılıq edib. 2014-2016-cı illərdə Rumıniyanın A millisində köməkçi-məşqçi kimi fəaliyyət göstərən mütəxəssis 2016-2018-cı illərdə U-21-i çalışdırıb.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər