Millimizin futbolçusu sabiq komandasına qol vurdu, sevinmədi

Millimizin futbolçusu sabiq komandasına qol vurdu, sevinmədi
İspaniyanın "Albasete" klubunda çıxış edən Azərbaycan millisinin futbolçusu Eddi İsrafilov Sequndada növbəti qulunu vurub.
29 yaşlı yarımmüdafiəçi XXII turda "Alkorkon"la matçda fərqlənib. O, 30-cu dəqiqədə komandasını hesabda önə çıxarıb. İsrafilov sabiq komandasına vurduğu baxımlı qoldan sonra sevinməyib.
Görüş "Albasete"nin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. Komanda bu nəticədən sonra 21 xalla 22 komanda arasında 18-19-cu pilləri bölüşür.
Qeyd edək ki, 2019-cu ilin yayından "Albasete"də çıxış edən Eddi İsrafilov 2018/2019 mövsümündə "Alkorkon"un formasını geyinib. O, 2020-ci ildə Azərbaycan yığmasının heyətində Millətlər Liqasının oyunlarında iştirak etməyib.
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər