Millimizin futbolçusu İspaniyada klubunu dəyişdi - FOTO

Millimizin futbolçusu İspaniyada klubunu dəyişdi - FOTO
Azərbaycan milli komandasının üzvü Eddi İsrafilov İspaniyada klubunu dəyişib. 
Fanat.Az xəbər verir ki, 25 yaşlı yarımmüdafiəçi "Ximnastik” klubundan "Alkorkon"a keçib. O, Sequnda təmsilçisi ilə 2020-ci ilin yayınadək müqavilə imzalayıb.
Qeyd edək ki, karyerasına İspaniyanın "Mursiya" klubunda başlayan Eddi daha sonra "Qranada", "Eybar", "Kordoba" və "Kadis"də çıxış edib. Yayda "Ximnastik”ə keçən yarımmüdafiəçi bu klubun heyətində 11 oyun keçirib.
Anası azərbaycanlı, atası anqolalı olan Eddi 2015-ci ildə milli komandamıza cəlb olunub. O, indiyədək 8 oyunda milli formanı geyinib.
 
Millimizin futbolçusu İspaniyada klubunu dəyişdi - FOTO
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər